...

Ermənilər Qazaxı atəşə tutub - mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub

Siyasət Materials 20 Yanvar 2018 17:14 (UTC +04:00)
Ermənistan ordusunun bölmələri Qazax rayonunu atəşə tutublar, mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub.
Ermənilər Qazaxı atəşə tutub - mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub

Bakı. Samir Əli - Trend:

Ermənistan ordusunun bölmələri Qazax rayonunu atəşə tutublar, mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Ermənistan ordusunun bölmələri Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutublar.

Nazirikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib: "Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub".

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti