...

Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi geri göndərilib

Siyasət Materials 25 Yanvar 2018 16:50 (UTC +04:00)
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi geri göndərilib

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, iclasda bilidirilib ki, qanun layihəsi 8 fəsil 39 maddədən ibarətdir.

Azərbaycanda əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir.

Müzakirələr zamanı qanun layihəsinə bir sıra təklif və tövsiyələr səsləndirilib. Bildirilib ki, layihənin müzakirəsində əlil cəmiyyətləri iştirak etməlidir, daha sonra sənəd plenar iclasa tövsiyə olunmalıdır.

Yenidən baxılması üçün layihə Milli Məclisin Sosial qanunvericilik şöbəsinə göndərilib.

Qeyd edək ki, hazırda tətbiq olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti