...

Azərbaycan AŞPA-nın diqqətini Ermənistanın atəşkəsi pozması nəticəsində uşaqların qətlə yetirilməsinə cəlb edib

Siyasət Materials 26 Yanvar 2018 01:57 (UTC +04:00)
Ermənistan tərəfindən qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində böyüklərlə yanaşı uşaqlar da həlak olur
Azərbaycan AŞPA-nın diqqətini Ermənistanın atəşkəsi pozması nəticəsində uşaqların qətlə yetirilməsinə cəlb edib

Bakı. Gülqız Muradova - Trend:

Ermənistan tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində böyüklərlə yanaşı uşaqlar da həlak olur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rövşən Rzayev AŞPA-nın qış sessiyasında deyib.

O məruzəçiləri bu məsələyə xüsusi diqqət yetirməyə və onu sessiyanın gündəliyinə daxil edilməsinə çağırıb.

Deputat xatırladıb ki, Azərbaycan torpaqlarının davam edən işğalı nəticəsində Azərbaycan tərəfindən 700-dən çox mülki şəxs, o cümlədən 92 azyaşlı itkin düşüb.

«Məsələnin məruzəyə daxil edilməsi bizim AŞPA və digər beynəlxalq qurumlar çərçivəsində uşaq və qadınların silahlı münaqişələr nəticəsində əziyyət çəkməsinin qarşısının alınması naminə addımlar atmağa qadir olmağımızı nümayiş etdirmiş olar», - deyə Rövşən Rzayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti