...

XİN: Azərbaycan və Ermənistanda prezident seçkilərindən sonra intensiv danışıqların davam etdirilməsi razılaşdırılıb

Siyasət Materials 7 Fevral 2018 16:20 (UTC +04:00)
Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra intensiv danışıqlar davam etdirilməsi barədə razılıq əldə olunub.
XİN:  Azərbaycan və Ermənistanda prezident seçkilərindən sonra intensiv danışıqların davam etdirilməsi razılaşdırılıb

Bakı. Trend:

Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra intensiv danışıqlar davam etdirilməsi barədə razılıq əldə olunub.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib:

"Səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Krakov görüşündə irəli sürülən fikirlər əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin".

H.Hacıyev deyib ki, işğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir".

O bildirib ki, status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti