...

ABŞ Azərbaycanla ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır

Siyasət Materials 7 Fevral 2018 16:50 (UTC +04:00)
ABŞ Azərbaycanla ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır.
ABŞ Azərbaycanla ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Azərbaycanla ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brink Bakıda mətbuat konfransında deyib.

Azərbaycan rəsmiləri ilə aparılan danışıqlar prosesinə toxunan B.Brink bildirib ki, tərəflər regional məsələləri, o cümlədən, Azərbaycanın regional nəqliyyat habına çevrilməsini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında ticarət dövriyyəsi 2017-ci ilin yekunu üzrə 781,8 milyon dollar təşkil edib. Bunun 720,5 milyon dolları ABŞ məhsullarının idxalının payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti