...

Sabahdan MSK üzvlərinin televiziyada çıxışları başlayacaq

Siyasət Materials 8 Fevral 2018 16:34 (UTC +04:00)
Sabahdan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin İctimai Televiziyada çıxışları başlayacaq.
Sabahdan MSK üzvlərinin televiziyada çıxışları başlayacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Sabahdan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin İctimai Televiziyada çıxışları başlayacaq.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov qeyd edib ki, bu il yenilik ondan ibarətdir ki, televiziyadakı çıxışlar radio vasitəsilə də yayımlanacaq ki, daha çox insanın diqqətinə çatsın. M.Pənahov əlavə edib ki, MSK üzvlərinin “Azərbaycan” qəzetində məqalələri çıxacaq.

MSK sədri sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyini də qeyd edib. M.Pənahov bildirib ki, sosial şəbəkələr də geniş auditoriyaya malikdir və seçkilərlə bağlı orada da gedən proseslərin izlənilməsi zəruridir.

İclasda həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti