...

Azərbaycanın Estoniyadakı səfiri Tallininin azərbaycanlı vitse-meri ilə görüşüb

Siyasət Materials 9 Fevral 2018 20:59 (UTC +04:00)
Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli Tallin şəhərinin vitse-meri, “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İsmayılova ilə görüşüb.
Azərbaycanın Estoniyadakı səfiri Tallininin azərbaycanlı vitse-meri ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli Tallin şəhərinin vitse-meri, “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İsmayılova ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı, M.Nəcəfbəyli Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və bu əlaqələrin müsbət dinamikası barədə söz açaraq, həyata keçirilən birgə layihələr, baş tutmuş qarşılıqlı səfərlər və tədbirlər barədə məlumat verib.

Səfir dövlət və hökumətlər arasında mövcud əlaqələrin hər iki ölkənin şəhərləri arasında da əməkdaşlıq üçün şərait yaradığını qeyd edib. Bununla əlaqədar M.Nəcəfbəyli həmsöhbətinə ölkəmizdə şəhərsalma sahəsində əldə edilmiş uğurlar, aparılan yenidənqurma, tikinti və abadlıq işləri, kommunal xidmətlər sahəsində görülən işlər barədə məlumat verib.

Bununla yanaşı, səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq (IDEA) İctimai Birliyi və birliyin həyata keçirdiyi layihələr barədə məlumat verib. Səfir bu sahədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin faydalı ola biləcəyini də qeyd edib.

Z.İsmayılova, öz növbəsində, iki ölkə arasında artıq təşəkkül tapmış əməkdaşlıq münasibətlərinə töhfə vermək arzusunda olduğunu qeyd edib. Daha sonra həmsöhbətlər Bakı və Tallin şəhərləri arasında mümkün əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti