...

Rusiyalı musiqiçi Dmitri Uvarovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Siyasət Materials 14 Fevral 2018 14:46 (UTC +04:00)
Rusiya vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Dmitri Uvarovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.
Rusiyalı musiqiçi Dmitri Uvarovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Bakı. Trend:

Dağlıq Qarabağa qanunsuz səfər edən “Sülh naminə musiqi” layihəsinin üzvü Dmitri Uvarovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, Rusiya vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Dmitri Uvarov, XİN-ə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Məktubunda D.Uvarov 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

D.Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.

D.Uvarov həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

D.Uvarovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti