...

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Siyasət Materials 15 Fevral 2018 13:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.
Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti