...

İcbari tibbi sığorta pilot layihə olaraq Ağdaş rayonunda da tətbiq olunacaq

Siyasət Materials 16 Fevral 2018 18:13 (UTC +04:00)
İcbari tibbi sığorta pilot layihə olaraq Ağdaş rayonunda da tətbiq olunacaq.
İcbari tibbi sığorta pilot layihə olaraq Ağdaş rayonunda da tətbiq olunacaq

Bakı. Trend:

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, habelə tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək istiqamətində həyata keçirilən işləri davam etdirmək, icbari tibbi sığorta sisteminin davamlılığını təmin etmək və tətbiqini daha da genişləndirmək məqsədilə icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilsin.

Fərmanla “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilir.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli fərmanının 1.5.5.10-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 1 560 000,0 manat, 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 16 760 000,0 manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların balansında olan əmlakın pilot layihə başa çatanadək həmin Agentliyin istifadəsinə verilməsi prosesini davam etdirmək və görülmüş işlər barədə bir ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək taprışılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılır:

- bu fərman qüvvəyə mindiyi gündən Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsini təmin etsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin pilot layihənin həyata keçirilməsini davam etdirsin;

- “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması, strukturlarının optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

“Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 6.1-ci bəndi aşağıdakı redaksiyada verilir:

“6.1. Pilot layihənin Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə bu Fərman qüvvəyə mindiyi gündən həyata keçirilməsini təmin etsin.”

Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı

Sıra

№-si

Tədbirin adı

İcraçılar

İcra müddəti

1.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (bundan sonra – Agentlik) ayrılmış maliyyə vəsaitləri nəzərə alınmaqla pilot layihənin büdcəsinin təsdiq edilməsi

Agentlik

1 mart

2018-ci il tarixinədək

2.

Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsinə keçid

Agentlik

1 aprel

2018-ci il tarixinədək

3.

Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsi

Agentlik

pilot layihə müddəti ərzində

4.

Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının nizamnamələrinin təsdiq edilməsi, publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi, onların strukturunun optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması, yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə, əsasında yaradılması və s.), müasir tələblər nəzərə alınmaqla səlahiyyətlərinin genişləndirilməsi

Agentlik,

Vergilər Nazirliyi

1 mart

2018-ci il tarixinədək

5.

Ağdaş rayonunun inzibati ərazisində ilkin səhiyyə xidmətləri göstərən tibb təchizatçılarının fəaliyyətinin təkmilləşdirilməsi, həmin tibb təchizatçılarının maddi-texniki və kadr potensialının gücləndirilməsi, Mingəçevir şəhəri və Yevlax rayonu üzrə bu işin davam etdirilməsi

Agentlik

1 iyun

2018-ci il tarixinədək

6.

Ağdaş rayonunun inzibati ərazisində təcili və təxirəsalınmaz tibbi yardımın (bundan sonra – TTTY) gücləndirilməsi, o cümlədən maddi-texniki bazasının yaxşılaşdırılması, TTTY postlarının ərazi üzrə yerləşməsinin optimallaşdırılması, habelə Agentliyin tabeliyində olan tibb təchizatçısının ərazisində stasionar TTTY xidmətinin təkmilləşdirilməsi, Mingəçevir şəhəri və Yevlax rayonu üzrə bu işin davam etdirilməsi

Agentlik

1 iyun

2018-ci il tarixinədək

7.

Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçıları üçün elektron informasiya sistemlərinin (proqram təminatı, rabitə və təhlükəsizlik sistemlərinin) qurulması, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin sistemlərin təkmilləşdirilməsi

Agentlik

1 iyun

2018-ci il tarixinədək

8.

Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın pilot layihə çərçivəsində elektron qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə elektron portalın yaradılması

Agentlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

1 iyun

2018-ci il tarixinədək

9.

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində elektron portalın fəaliyyətinin təmin olunması üçün işlərin davam etdirilməsi

Agentlik,

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi,

Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

pilot layihə müddəti ərzində

10.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə üzrə maliyyə xərclərinin təhlili və bu barədə Azərbaycan Respublikasının Səhiyyə və Maliyyə nazirliklərinə məlumat verilməsi

Agentlik

hər rüb üzrə

11.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin nəticə və göstəricilərinə əsasən icbari tibbi sığortanın 2019-cu ildə ölkə miqyasında tətbiqi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi

Agentlik,

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

1 sentyabr 2018-ci il tarixinədək

12.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının hesabatlılığının gücləndirilməsi və tibbi statistik məlumatların tamlığının təmin edilməsi

Agentlik

pilot layihə müddəti ərzində

13.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçıları tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin ölçülməsi məqsədilə beynəlxalq təcrübəyə uyğun keyfiyyət indikatorlarının tətbiq edilməsi və tibbi statistik məlumatların həmin indikatorlara uyğun işlənilməsi

Agentlik

pilot layihə müddəti ərzində

14.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində əhali məmnuniyyətinin ölçülməsi məqsədilə sorğuların keçirilməsi

Agentlik

pilot layihə müddəti ərzində

15.

Pilot layihənin yekunlarına dair hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi

Agentlik

1 mart

2019-cu il tarixinədək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti