...

Deputatlarımız Rusiyada prezident seçkiləri qabağı monitorinqdə iştirak edəcəklər

Siyasət Materials 17 Fevral 2018 15:22 (UTC +04:00)
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün fevralın 19-da bu ölkəyə səfər edəcəklər.
Deputatlarımız Rusiyada prezident seçkiləri qabağı monitorinqdə iştirak edəcəklər

Bakı. Trend:

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün fevralın 19-da bu ölkəyə səfər edəcəklər.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin
təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti