...

ATƏT PA-nın vitse-prezidenti: ATƏT məkanında bütün münaqişələrə vahid yanaşma göstərilməlidir (YENİLƏNİB)

Nəzər nöqtəsi Materials 23 Fevral 2018 12:42 (UTC +04:00)
ATƏT məkanında bütün münaqişələrə vahid yanaşma göstərilməlidir.
ATƏT PA-nın vitse-prezidenti: ATƏT məkanında bütün münaqişələrə vahid yanaşma göstərilməlidir (YENİLƏNİB)

Bakı. Trend:

ATƏT məkanında bütün münaqişələrə vahid yanaşma göstərilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Millli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev qurmun bu gün Vyanada keçirilən icalsında deyib.

Qeyd edək ki, ötən gün Avstriyada ATƏT PA-nın qış sessiyası öz işinə başlayıb.

O deyib: “Təəssüf ki, biz bu gün ATƏT regionunda bir neçə münaqişə ilə üzləşməli oluruq. Bu münaqişələr gedtikcə daha təhlükəli olur və daha çox insan bu münaqişələrin nəticəsində əziyyət çəkir”.

A.Quliyev daha sonra ATƏT regionunda bütün münaqişələrə vahid yanaşma tətbiq olunmasının vacibliyini vurğulayıb: “Biz ATƏT regionunda bütün münaqişələrə vahid yanaşma tətbiq etməliyik, xüsusilə də söhbət Dağlıq Qarabağa münaqişəsindən gedəndə. Beynəlxalq səviyyədə razılaşdırılmış və qəbul olunmuş prinsiplər bütün münaqişələrə münasibətdə tətbiq olunmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti