...

Çikaqo şəhərində Xocalı soyqırımının 26-cı ildönümü anılıb (FOTO/VİDEO)

Siyasət Materials 26 Fevral 2018 09:43 (UTC +04:00)
Fevralın 25-də Xocalı soyqırımının 26-cı ildönümündə ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqoda yaşayan azərbaycanlı və türk icmasının nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” yürüşü keçirilib.
Çikaqo şəhərində Xocalı soyqırımının 26-cı ildönümü anılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Fevralın 25-də Xocalı soyqırımının 26-cı ildönümündə ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqoda yaşayan azərbaycanlı və türk icmasının nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” yürüşü keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, yürüş zamanı şəhərin mərkəzi küçəsi olan məşhur Miçiqan prospektində toplaşan soydaşlarımız əllərində “Xocalıya ədalət”, “Xocalını unutmayın” və digər şüarlar yazılmış plakatlar tutublar.

Qeyd edək ki, qardaş ölkə Türkiyə Cümhuriyyətinin Çikaqodakı Baş Konsulu Umut Acar iştirak edərək yürüş iştirakçılarına dəstək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti