...

Deputatlarımız Rusiyaya gedir

Siyasət Materials 28 Fevral 2018 16:30 (UTC +04:00)
Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev martın 1-də Rusiya Federasiyasına səfərə gedəcəklər.
Deputatlarımız Rusiyaya gedir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev martın 1-də Rusiyaya səfərə gedəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, millət vəkilləri Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri komissiyasının iclasına qatılacaqlar.

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflər verəcəklər. Tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər. Səfər martın 3-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti