...

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 15 Aprel 2018 15:04 (UTC +04:00)
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.Sizin inamlı qələbəniz Azərbaycan Respublikasının davamlı və hərtərəfli inkişafına yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının etimadının parlaq sübutudur.İnanıram ki, qarşılıqlı hörmət və etimada əsaslanan Qırğızıstan-Azərbaycan münasibətləri birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Xəbər lenti

Xəbər lenti