...

Müdafiə Nazirliyi: Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2018 11:37 (UTC +04:00)
Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək.
Müdafiə Nazirliyi: Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək

Bakı. Trend:

Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan video ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır. Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Qeyd olunur ki, Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.

Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti