...

Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Siyasət Materials 26 Aprel 2018 15:53 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bəzi üzvləri korrupsiya tədqiqatı üzrə orqanın hesabatından sui-istifadə edir.
Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Bakı. Fikrət Doluxanov - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bəzi üzvləri korrupsiya tədqiqatı üzrə orqanın hesabatından sui-istifadə edir.

Trend-in məlumatına görə, bunu AŞ PA-nın yaz sessiyasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Ü.Ağayeva qeyd edib ki, bu məruzənin əsas hədəfi korrupsiya problemini həll etmək cəhdi yox, assambleyanın bəzi üzv ölkələrini qaralamaqdır:

“Söhbət "yeni demokratiya" adlandırılan ölkələrdən gedir. Bizim ölkəmiz mürəkkəb siyasi proseslərin baş verdiyi regionda yerləşir. Bütün çətinliklər və risklərə baxmayaraq, biz demokratik dəyərləri müdafiə edirik və təkcə öz maraqlarımız yox, həm də tərəfdaşlarımızın maraqları çərçivəsində işləyirik”.

Deputat həmçinin xatırladıb ki, sanksiyaların tətbiqi səmərəli deyil, çünki təşkilatın hədəflərinə çatmasına kömək etməyəcək:

“Biz çalışmalıyıq ki, Avropa Şurasının üzv ölkələri bir-biri ilə daha sıx əməkdaşlıq etsin, ayrı-ayrı ölkələrin təcrid olunması siyasətini həyata keçirməsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti