...

Minsk qrupunun həmsədrləri ilə görüşdə danışıqlar prosesinin irəlilədilməsi üçün tədbirlər müzakirə olunub

Siyasət Materials 15 May 2018 17:30 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov 15 may tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb.
Minsk qrupunun həmsədrləri ilə görüşdə danışıqlar prosesinin irəlilədilməsi üçün tədbirlər müzakirə olunub

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb.

Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub.

E.Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti