...

Deputat: Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin davamıdır

Gündəm Materials 26 May 2018 09:43 (UTC +04:00)
Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin davamıdır.
Deputat: Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin davamıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanmış əvf sərəncamı Prezident İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu sərəncam Prezident İlham Əliyevin humanist siyasətinin, eyni zamanda, ölkə vətəndaşlarının mənən sağlam, düzgün həyat tərzi keçirməsi ilə bağlı istəyinin daha bir göstəricisidir:

“Bu əfv sərəncamı Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşına diqqətinin təzahürüdür. Bu sərəncam yüzlərlə ailənin böyük sevincinə səbəb oldu”.

Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti