...

Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin baş katibi Bolqarıstanın vitse-prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 5 İyun 2018 11:41 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin baş katibi Bolqarıstanın vitse-prezidenti ilə görüşüb.
Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin baş katibi Bolqarıstanın vitse-prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin baş katibi Rövşən Muradov Bolqarıstanın vitse-prezidenti İliana Lotova, Baş nazirin müavini və xarici işlər naziri Ekaterina Zaxaryeva, Mərkəzin İdarə heyətinin üzvləri, Bolqarıstanın sabiq prezidentləri Petar Stoyanov və Rosen Plevneliev, sabiq baş nazir Filip Dimitrovla görüşüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2018-2019-cu illər üçün nəzərdə tutulmuş fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb. VII Qlobal Bakı Forumuna hazırlıqla əlaqədar görülən işlər haqqında geniş fikir mübadiləsi olub.

Bununla yanaşı, mərkəzin Avropa İttifaqının strukturları ilə gələcək əməkdaşlıq perspektivləri ilə bağlı ideyalar müzakirə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşlərdə mərkəzin Bolqarıstanda fəaliyyətinin daha da genişləndirilməsi, birgə layihələr həyata keçirilməsinin vacibliyi qeyd olunub. Son illərdə həyata keçirilən layihələr, xüsusilə Qlobal Bakı Forumunun dünyada mədəniyyətlərarası dialoq, sülh və təhlükəsizlik sahəsində problemlərin həlli yollarına dair maraqlı ideyaların irəli sürüldüyü mühüm bir platformaya çevrildiyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti