...

Türkiyə prezidenti parlament və prezident seçkilərində səs verdi

Siyasət Materials 24 İyun 2018 15:14 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə keçirilən parlament və prezident seçkilərində iştirak edib.
Türkiyə prezidenti parlament və prezident seçkilərində səs verdi

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə keçirilən parlament və prezident seçkilərində iştirak edib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti