...

Azərbaycan millət vəkili AŞPA-da Avropanın qaçqınlar siyasətini tənqid edib

Siyasət Materials 26 İyun 2018 15:18 (UTC +04:00)
Qənirə Paşayeva Avropanı insanları öz evlərindən köçkün salan səbəblərə qarşı sərt müarizəyə səsləyib
Azərbaycan millət vəkili AŞPA-da Avropanın qaçqınlar siyasətini tənqid edib

Bakı. Trend:

Bu gün AŞPA-da “The humanitarian situation of refugees in the countries neighbouring Syria” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva çıxış edib.

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, vətəndaş müharibəsi dövründə Suriyanı 6 milyon insan tərk edərək qaçqın düşüb:

"Bu qaçqınların təxminən 85 faizi qonşu ölkələrdə yerləşib. Xüsusilə Türkiyə bu humanitar böhranın ən ağır yükünü öz üzərinə götürüb. Türkiyə təxminən dörd milyon Suriyalı qaçqına sığınacaq verib. Türkiyədən sonra ən çox qaçqın Livanda yerləşib ki, orada da qaçqınların sayı bir milyon civarındadır. İordaniya 650 mindən çox qaçqını yerləşib. Mən həmin ölkələrin hamısında olmuşam və Suriyadan olan qaçqınlarla görüşmüşəm, onların yaşadığı sığınacaqlara baş çəkmişəm. Ən çox köçkünü qəbul edən üzv ölkəmiz Türkiyə başda olmaqla həmin ölkələrə qaçqınlara dəstəklərindən dolayı təşəkkürümü bildirmək istəyirəm”.

Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü deyən Q.Paşayeva Avropanı insanları öz evlərindən köçkün salan səbəblərə qarşı sərt müarizəyə səsləyib:

“Ermənistanın torpaqlarımızı işğal etməsi səbəbindən 1 milyon insanı köçkün düşüb. Bir ölkənin və millətin təmsilçisi olaraq yüzminlərlə qaçqına qısa zamanda yüksək səviyyədə dəstək göstərməyin nə qədər çətin olduğunu çox yaxşı bilirəm. Ona görə də Avropa ölkələri, biz hamımız üzv ölkəmiz Türkiyə başda olmaqla bu ölkələrə təşəkkür etməli və daha da çox dəstək göstərməliyik”

Millət vəkili Q.Paşayeva Avropanın köçkünlər siyasətini də kəskin tənqid edib:

”Yaxın Şərqə qonşu olan, Avropanın sərhəd qapısı Türkiyə, Livan və İordaniya ilə birlikdə, Avropaya köçmək istəyən beş milyondan çox qaçqını dayandırıb və onlara sığınacaq verib. Əslində bu paylaşılası bir yükdür. Buna baxmayaraq, Avropa ölkələri paylarına düşən yükü hələ də öz üzərinə götürməyiblər və bu ölkələrə kifayət qədər dəstək verməyiblər. Hazırda Türkiyədə qeyri-adi bir vəziyyətdir. Çoxlu sayda qaçqının problemi ilə məşğul olmaqla yanaşı, Türkiyə onlara münasib bir şərait yaratmaq üçün çalışır. Hökumət qaçqınların sağlamlığı, təhsili və digər müvafiq xidmətlər də daxil olmaqla, onların qorunması və əsas ehtiyaclarını təmin edir. Bir çox Avropa ölkələrində qaçqınların, xüsusilə də Suriyalı qaçqınların vəziyyətinin Avropa Şurasının standartları və dəyərləri baxımından gözləntilərə cavab verməməsi bizi dəhşətə gətirir. Bir sıra Avropa ölkələrində Suriyalı qaçqınların vəziyyəti inteqrasiya problemlərinə həll tapmaq və qaçqınların əsas insan hüquqlarına riayət etmək baxımından bir çox çatışmazlıqlara məruz qalır. Sonda qeyd etmək istərdik ki, Suriyaya qonşu olan ölkələrdəki qaçqınların humanitar vəziyyəti vacib bir məsələdir və bu birlikdə həll edilməlidir, belə ki, bu Avropanın təhlükəsizliyi və mühafizəsi üçün müəyyən problemlər yaradır. Görüşdüyüm Suriyalı köçkünlər sizi, Avropa ölkələrini onları köçkün salan səbəblərə qarşı daha sərt mübarizəyə və ölkələrinizin qapılarını onların üzünə bağlamamağa çağırır. Onlar sizdən daha çox dəstək gözləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti