...

Finlandiyanın xarici ticarət naziri Azərbaycana gəlir

Siyasət Materials 3 İyul 2018 17:42 (UTC +04:00)
Finlandiyanın xarici ticarət və inkişaf naziri Anne-Mari Virolaynen iyulun 5-i Azərbaycana səfər edəcək
Finlandiyanın xarici ticarət naziri Azərbaycana gəlir

Bakı. Ləman Zeynalova – Trend:

Finlandiyanın xarici ticarət və inkişaf naziri Anne-Mari Virolaynen iyulun 5-də Azərbaycana səfər edəcək.

Trend bu barədə Finlandiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Səfər zamanı Finlandiya ilə Azərbaycan arasında ticarət və ikitərəfli münasibətlər müzakirə olunacaq.

Finlandiyalı nazirin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti