...

Bu gün Bakıda milli su siyasətinin hazırki vəziyyəti müzakirə olunur

Siyasət Materials 4 İyul 2018 10:14 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycanın Su Sektoru üzrə Milli Siyasi Dialoqunun Rəhbər Komitəsinin 7-ci görüşü keçirilir.
Bu gün Bakıda milli su siyasətinin hazırki vəziyyəti müzakirə olunur

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda Azərbaycanın Su Sektoru üzrə Milli Siyasi Dialoqunun Rəhbər Komitəsinin 7-ci görüşü keçirilir.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mütəllim Əbdülhəsənov bildirib ki, görüşün məqsədi milli su siyasəti ilə bağlı əsas məsələləri və Avropa İttifaqının Su Təşəbbüsü plyus (AIST+) layihəsi çərçivəsində həyata keçirilən cari fəaliyyətin statusunu müzakirə etməkdir.

Görüş həm də Azərbaycanda icra olunan digər beynəlxalq layihələrlə birgə fəaliyyəti gücləndirmək üçün platforma olacaq.

M.Əbdülhəsənov qeyd edib ki, Azərbaycan Aİ-nin su siyasətinin həyata keçirilməsi üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

İƏİT-nin (OECD) nümayəndəsi Əlişer Məmmədzhanov bildirib ki, layihə çərçivəsində ötən ilin aprelində görüş keçirilib və müzakirələr aparılıb. Bu günkü görüşdə milli su siyasətinin cari vəziyyəti müzakirə olunacaq və qərarlar qəbul ediləcək.

Təşkilatın digər nümayəndəsi Tatyana Efimova deyib ki, son illərdə Azərbaycanda su sahəsinə, o cümlədən içməli su təchizatına xeyli investisiya qoyulub, amma bununla belə, bu sahədə islahatların aparılmasına ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti