...

ÜST ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 5 İyul 2018 18:32 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanomu qəbul edib.
ÜST ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanomu qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan və BMT-nin ixtisaslaşmış təşkilatı olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında əməkdaşlığı müsbət qiymətləndirib.

E.Məmmədyarov T.Adhanomun ÜST-in Baş direktor vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların müdafiəsi, təşkilat daxili islahatlar” kimi prioritetlərin təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

ÜST-nin Baş direktoru T.Adhanom səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərini yüksək qiymətləndirib. O, ÜST ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, Azərbaycan uğurlu təcrübəsinin digər üzv ölkələr üçün də maraqlı ola biləcəyini nəzərə çatdırıb. Baş Direktor Azərbaycanın dövlət xətti ilə xarici tələbələr üçün təqaüd proqramları nəzərdə tutduğunu qeyd edərək ÜST çərçivəsində də səhiyyə sahəsində təhsil üzrə təqaüdlərin ayrılması imkanlarına toxunub.

Görüş əsnasında ÜST-də Azərbaycandan olan mütəxəssislərin çalışması və Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb. Nazir Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məqsədilə hökumət səviyyəsində əlaqələndirilmiş formada aparılan fəaliyyət barəsində həmsöhbətə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti