...

Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Siyasət Materials 12 İyul 2018 18:37 (UTC +04:00)
Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçi təbrik edib.
Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçi təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti