...

Politoloq: Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir

Siyasət Materials 22 İyul 2018 10:09 (UTC +04:00)
Prezident İlham Əliyevin Fransaya səfəri mühüm əhəmiyyət kəsb edir.
Politoloq: Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Fransaya səfəri mühüm əhəmiyyət kəsb edir. Bunu Trend-ə açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspert bildirib ki, Fransa Avropa İttifaqında öz sözünü deyən, eyni zamanda NATO-nun üzvü olan aparıcı dövlətlərdən biridir:

"Azərbaycan dövlətinin Fransa ilə davamlı əlaqələri olub. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransa rəhbərliyi ilə daimi təmasda olub".

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin Fransaya səfərində əsas məqamlardan biri "Total" şirkətinin rəhbərliyi ilə əlaqələrin müzakirəsi, həmçinin bir sıra müqavilələrin imzalanması istiqamətində aparılan danışıqlardır:

"Bu gün Fransa ilə istər siyasi, iqtisadi, istərsə də hərbi baxımdan yaxın münasibətlərimiz var. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə qarşı təhdidin qarşısının alınmasında iştirak edən bir dövlətdir. Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir. Eyni zamanda unutmaq lazım deyil ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir. Bunun qarşısını almaq üçün də birbaşa təmas çox mühüm əhəmiyyət kəsb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti