...

Aydın Quliyev: Azərbaycan mediasının hazırkı vəziyyətini 143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik

Siyasət Materials 22 İyul 2018 11:55 (UTC +04:00)
Azərbaycan mediası çox böyük inkişaf yolu keçib, ölkə mediasının hazırkı vəziyyətini 143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik
Aydın Quliyev: Azərbaycan mediasının hazırkı vəziyyətini 143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan mediası çox böyük inkişaf yolu keçib, ölkə mediasının hazırkı vəziyyətini 143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik. Bunu Trend-ə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, bu illər ərzində Azərbaycan mediası yüksək peşəkarlıq göstəriciləri əldə edib:

"Jurnalistlərin sosial vəziyyəti yaxşılaşıb, onların mənzil probleminin həlli yönündə əməli və böyük addımlar atılıb. Mediamızın beynəlxalq inteqrasiya yönümündə fəaliyyətində böyük nəticələr əldə olunub. Mediamızın peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük nailiyyətlər var".

Baş redaktor vurğulayıb ki, hazırda mətbuatımızın dövlətçilik mənafeləri və vətənpərvərlik prinsiplərini mənimsəməsi yüksək səviyyədədir: "Bir cümlə ilə ifadə etsək, mediamızın bu illər ərzində inkişaf nəticələri qürurvericidir. Ən böyük nəticə isə mediamızın dövlətçi media olmasıdır. Çünki heç zaman Azərbaycan mediası indiki kimi dövlətçi olmayıb. Təbii ki, bu da görülən işlərin nəticəsidir".

A.Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin konseptual olaraq həyata keçirdiyi media siyasəti nəticəsində media orqanlarının maddi texniki durumu möhkəmlənib:

"Ölkə başçısının sərəncamları ilə bu sahəyə maliyyənin ayrılması, jurnalistlərin mənzillərlə təmin olunması, fərdi yazı müsabiqələrinin keçirilməsi, ehtiyacı olan jurnalistlərə sosial yardım istiqamətində dəstəyin verilməsi ilk növbədə mediamızın dövlətçi mediaya çevrilməsində böyük rol oynayıb".

Baş redaktor əlavə edib ki, görülən işlərlə yanaşı, digər tərəfdən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində mediamızla icra hakimiyyəti orqanları arasında işgüzar əlaqələr möhkəmlənib:

"Təbii ki, sadalananlar Azərbaycan mediasının keçdiyi inkişaf yolunun yalnız müəyyən ümumi mənzərəsi idi. Deyilən hər fikrin arxasında çox sayda element və detallar var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti