...

Çavuşoğlu: Erməni naziri təbrik etməyim Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir

Siyasət Materials 24 İyul 2018 18:55 (UTC +04:00)
Erməni naziri təbrik etməyim Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir.
Çavuşoğlu: Erməni naziri təbrik etməyim Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir

Bakı. Elçin Mehdiyev - Trend:

Erməni naziri təbrik etməyim Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

M.Çavuşoğlu bildirib: "Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanı AŞ PA-da işləyən zaman tanımışam. Onu nazir seçilməsi münasibətilə təbrik etməyimə gəlincə, bu dəfə NATO sammiti çərçivəsində Brüsseldə ayaqüstü görüşdük və salamlaşan zaman onu elə ayaqüstü təbrik etdim. Bu qədər. İndi ermənilər bunu qabartmağa çalışırlar. Sadəcə ayaqüstü təbrik etmişəm, bu o demək deyil ki, Türkiyənin mövqeyində hər hansı dəyişiklik ola bilər".

Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır: "Azərbaycanın verdiyi hər bir qərarı dəstəkləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti