...

Azərbaycan XİN Pakistanda baş verən terror aktı ilə bağlı bəyanat yayıb

Siyasət Materials 25 İyul 2018 19:32 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb.
Azərbaycan XİN Pakistanda baş verən terror aktı ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Twitter mikrobloqu vasitəsilə bildirib:

"Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı bizi çox kədərləndirdi. Bu terror aktı çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnib. Biz terrorizmin bütün forma və təzahürlərini qınayır, qardaş Pakistan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti