...

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

Siyasət Materials 27 İyul 2018 18:04 (UTC +04:00)
Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və tərəqqi diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti