...

Azərbaycan Prezidenti İlham Əliyev Aktauda İran Prezidenti Həsən Ruhani ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 12 Avqust 2018 16:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Aktauda İran Prezidenti Həsən Ruhani ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Aktauda İran Prezidenti Həsən Ruhani ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Aktauda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin həyata keçirdiyi birgə iqtisadi layihələrin yaxşı nəticələr verdiyi vurğulandı. Enerji, nəqliyyat və infrastruktur sahələrində, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olundu.

Prezidentlər Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanda keçirilən V Zirvə toplantısının və Xəzərin hüquqi statusu haqqında imzalanan Konvensiyanın əhəmiyyətini vurğulayaraq onun gələcəkdə Xəzəryanı ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə etdilər.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti