...

Azərbaycanın Birinci vitse-prezidentinin daha iki köməkçisi təyin edilib

Siyasət Materials 28 Avqust 2018 17:56 (UTC +04:00)
Azərbaycanın Birinci vitse-prezidentinin daha iki köməkçisi təyin edilib
Azərbaycanın Birinci vitse-prezidentinin daha iki köməkçisi təyin edilib

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daha iki köməkçisi təyin edilib.

Trend Prezident Administrasiyasının saytına istinadən məlumat verir ki, Emin Hüseynov və Xalid Əhədov Birinci vitse-prezidentin köməkçisi təyin ediliblər.

Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti