...

Pakistan XİN: Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir

Siyasət Materials 25 Sentyabr 2018 10:08 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir.
Pakistan XİN: Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir.

Trend "Associated Press of Pakistan"a istinadən məlumat verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun "Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda görüşündə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi deyib.

Nazir bildirib ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regonda sülh və təhlükəsizliyə ciddi təhdiddir.

Ş.M.Qureyşi Pakistanın Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi məsələsində prinsipial mövqeyini dəstəklədiyini növbəti dəfə təsdiq edib:

"Bu məsələ ilə bağlı Pakistanın mövqeyi dəyişməz qalır və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyənləşdirilmiş prinsiplərə əsaslanır".

Görüşdə Türkiyə, Azərbaycan, Qambiya, Cibuti, Mərakeş və Səudiyyə Ərəbistanından xarici işlər nazirləri və yüksək vəzifəli rəsmilər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti