...

Zakir Həsənov Çexiyaya səfər edəcək

Siyasət Materials 16 Oktyabr 2018 11:09 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarının dəvəti ilə oktyabrın 17-dən 20-dək Çex Respublikasında işgüzar səfərdə olacaq.
Zakir Həsənov Çexiyaya səfər edəcək

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarının dəvəti ilə oktyabrın 17-dən 20-dək Çex Respublikasında işgüzar səfərdə olacaq.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Çexiyanın Müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər, həmçinin bu ölkənin müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsullarla tanışlıq nəzərdə tutulur.

Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti