...

YUNESKO rəsmisi: Təhlükəli çağırışlara göz yummaq olmaz

Siyasət Materials 26 Oktyabr 2018 11:45 (UTC +04:00)
Bu gün sərhədlərin toxunulmazlığı, beynəlxalq hüquqa riayət edilməməsi çağırışları ilə üzləşirik ki, bunlar da çox təhlükəli çağırışlardır.
YUNESKO rəsmisi: Təhlükəli çağırışlara göz yummaq olmaz

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün sərhədlərin toxunulmazlığı, beynəlxalq hüquqa riayət edilməməsi çağırışları ilə üzləşirik ki, bunlar da çox təhlükəli çağırışlardır.

Trend-in məlumatına görə, bunu YUNESKO baş direktorunun müavini Çu Sin VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Bakı Prosesi – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” adlı 3-cü plenar sessiyada çıxışı zamanı deyib

Hazırda dünyanın sürətlə qloballaşdığını deyən Çu Sin bildirib ki, gedəcəyimiz yolda bu kimi təhlükəli çağırışların olmasına göz yumulmamalıdır: "Bu sahədə dəyişikliklərə nail olmalıyıq. Qarşılıqlı hörmət vacib götürülərək, ictimai rəy məhz bu istiqamətdə formalaşdırılmalıdır. Sülh quruculuğu, insanlara ləyaqətli yanaşma vacib bir dəyərlər kimi götürülür".

Çu Sinin sözlərinə görə, dünya tarixdə görünməyən böhranlarla üzləşir ki, bu baxımdan hər bir səviyyədə mədəniyyətlərarası dialoqun aparılmasına, innovasiya proseslərinin sürətləndirilməsinə nail olmaq çox vacibdir.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti