...

Azərbaycan XİN Pittsburqda sinaqoqa hücum zamanı ölənlərin ailələrinə başsağlığı verib

Siyasət Materials 28 Oktyabr 2018 16:42 (UTC +04:00)
Azərbaycan XİN Pittsburqda sinaqoqa hücum ilə əlaqədar başsağlığı verib
Azərbaycan XİN Pittsburqda sinaqoqa hücum zamanı ölənlərin ailələrinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan XİN Pittsburqda sinaqoqa hücum ilə əlaqədar başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün "Twitter" hesabında yazıb.

L.Abdullayeva qeyd edib: "Biz Pittsburqda sinaqoqda baş verən qəddar cinayətə görə kədərlənirik. Biz ölən və xəsarət alanların ailələrinə səmimi başsağlığımızı bildiririk".

Qeyd edək ki, ğtən gün ABŞ-ın Pittsburq şəhərində silahlı şəxs sinaqoqa daxil olaraq insanlara atəş açmağa başlayıb. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra atışma başlayıb.

Atışma nəticəsində 11 nəfər həlak olub, 4-ü polis olmaqla 6 nəfər isə yaralanıb.

Silahlı 48 yaşlı Rob Bauer yaralanaraq polislərə təslim olub və o, xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti