...

Xələf Xələfov: Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycanla Latviya arasında əlaqələrin strateji əhəmiyyətini bir daha göstərir

Siyasət Materials 23 Noyabr 2018 20:46 (UTC +04:00)
Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin strateji əhəmiyyətini bir daha göstərir.
Xələf Xələfov: Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycanla Latviya arasında əlaqələrin strateji əhəmiyyətini bir daha göstərir

Bakı. Sara İsrafilbəyova - Trend:

Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin strateji əhəmiyyətini bir daha göstərir.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Latviyanın müstəqiliyinin 100 illiyinə həsr olunmuş tədbirdə bildirib.

X.Xələfov qeyd edib ki, 2018-ci il həm Latviya, həm də Azərbaycan üçün əhəmiyyətli bir il idi, hər iki ölkənin 100 illik yubileyi qeyd olunur.

Nazir müavininin sözlərinə görə, müstəqillik əldə etdikdən sonra ölkələr ikitərəfli əlaqələri inkişaf etdirməyə başlayıblar və böyük uğurlar qazanıblar.

X.Xələfov Latviya Prezidenti Raymonds Veyonisin 2017-ci ilin martında V Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Azərbaycana, ötən ilin iyulunda isə Prezident İlham Əliyevin Latviyaya səfərini xatırladıb.

Nazir müavini vurğulayıb ki, səfər zamanı nəqliyyat, tikinti, təhsil və digər sahələrdə imzalanmış memorandumlar ikitərəfli əlaqələrin strateji əhəmiyyətini bir daha sübuta yetirir.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs da iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb:

"Ümid edirəm ki, dostluq münasibətlərimiz sayəsində biz daha da yüksək səviyyələrə çata biləcəyik və əlaqələrimiz davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti