...

Səfir: Azərbaycan və Rumıniya strateji tərəfdaşdır

Siyasət Materials 29 Noyabr 2018 21:17 (UTC +04:00)
Azərbaycan və Rumıniya strateji tərəfdaşdır.
Səfir: Azərbaycan və Rumıniya strateji tərəfdaşdır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Rumıniya strateji tərəfdaşdır.

Trend-in məlumatına görə, bunu Rumıniyanın Milli Birlik Gününə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Dan Yanku bildirib.

Diplomatın sözlərinə görə, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə sıx əlaqələri var:

"2018-ci ildə ikitərəfli əlaqələrin bütün sahələrində irəliləyişə nail olduq. Ötən həftə Buxarestdə hökumətlərarası komissiyanın beşinci iclası keçirildi və bu, 2019-cu ildə ikitərəfli gündəlik üçün təməl yaradıb".

Daha sonra səfir qeyd edib ki, 2019-cu ilin ilk altı ayında Rumıniya Avropa Şurasına sədrlik edəcək.

D.Yankunun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrin inkişafı Rumıniya sədrliyi dövründə gündəliyin ayrılmaz tərkib hissəsidir.

O, Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Tədbirdə çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib ki, iki ölkə arasında qədim tarixə malik münasibətlər müstəqillik illərində daha aktiv şəkildə inkişaf edib.

O, Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərin inkişafındakı əhəmiyyətini xüsusi vurğulayıb.

Ə.Əhmədovun sözlərinə görə, iki ölkə çox vacib qərar qəbul edib.

Baş nazirin müavini iki ölkə arasında hazırda uğurla reallaşdırılan vacib qərarların qəbul edildiyini deyib.

Ə.Əhmədov bildirib ki, Rumıniya həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Baş nazirin müavininin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr də uğurla inkişaf edir və bu əlaqələr gələcəkdə daha da genişlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti