...

Zaxarova: Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kreativ ideyalar hazırlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2018 18:25 (UTC +04:00)
Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kreativ ideyaların hazırlanması ilə məşğuldur
Zaxarova: Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kreativ ideyalar hazırlayır

Bakı. Ləman Zeynalova - Trend:

Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kreativ ideyaların hazırlanması ilə məşğuldur.

Trend-in məlumatına görə, bunu “Vestnik Kavkaza”nın müxbirinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı dediyi “Nizamlanma üçün əsas formalaşdıracaq kreativ ideyalar tapmağa çalışacağıq” sözləri ilə bağlı sualına cavab verərkən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib: “Məsələ də ondadır ki, gələcəkdən söhbət gedirdi, yəni bu cür ideyalar hazırlanmallı və kreativ olmalıdır. Məhz bu cür kreativ ideyalar dəstəklənəcək. İndi ekspertlər bunun üzərində işləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti