...

Kolumbiya Parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarını qeyd-şərtsiz azad edilməsini tələb edir

Siyasət Materials 25 Dekabr 2018 08:22 (UTC +04:00)
Kolumbiya Parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib.
Kolumbiya Parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarını qeyd-şərtsiz azad edilməsini tələb edir

Bakı. Ləman Zeynalova - Trend:

Kolumbiya Parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycanın Boqotadakı Səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qətnamədə Kolumbiya Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ və digər 7 rayonun işğalı, habelə Azərbaycan əhalisinin etnik təmizlənməsinə məruz qalmasından Kolumbiya tərəfinin narahatlığı qeyd edərək Ermənistanın bu aqressiyası pislənir və dünya ictimaiyyətini bu hadisələrin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsinə çağırır.

Həmçinin Azərbaycan torpaqlarının indiyədək işğal altında qalması və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfü vurğulanır və bu münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri, həmçinin münaqişə üzrə qəbul olunmuş beynəlxalq hüquqi sənədlərin, o cümlədən BMT Təhlükəsilik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır.

Eyni zamanda Qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını və Azərbaycan qaçqın və məcburi köçkünlərinin dərhal öz doğma torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edilir.

Sonda sözügedən sənəddə Kolumbiya Respublikası Senatının xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökuməti və xalqı tərəfindən ölkəsinin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyir və fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Kolumbiyadakı Səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti