...

XİN-in yeni idarə rəisləri kollektivə təqdim olunub

Siyasət Materials 30 Yanvar 2019 20:27 (UTC +04:00)
Xarici İşlər Naziriyində (XİN) nazir Elmar Məmmədyarovun rəhbərliyi ilə geniş tərkibli kollegiya iclası keçirilib.
XİN-in yeni idarə rəisləri kollektivə təqdim olunub

Bakı. Trend:

Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarovun rəhbərliyi ilə geniş tərkibli kollegiya iclası keçirilib.

XİN-dən Trend-ə verilən məlumata görə, iclasda cari il Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı, həmçinin bir sıra digər təşkilati və kadr məsələləri müzakirə edilib.

İclas zamanı həmçinin XİN-in yeni təyin olunmuş idarə rəisləri kollektivə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti