...

Deputat: Minimum əməkhaqqının artırılması Prezident İlham Əliyevin vətəndaşlara diqqətinin bariz nümunəsidir

Siyasət Materials 9 Fevral 2019 14:01 (UTC +04:00)
Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının 130 manatdan 180 manata qaldırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək.
Deputat: Minimum əməkhaqqının artırılması Prezident İlham Əliyevin vətəndaşlara diqqətinin bariz nümunəsidir

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının 130 manatdan 180 manata qaldırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, müvafiq sərəncam 600 min insanı əhatə edəcək: “Digər mühüm məsələ odur ki, bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq”.

Millət vəkili vurğulayıb ki, minimum əməkhaqqının artırılması haqqında sərəncam dövlət başçısının Azərbaycan vətəndaşlarına diqqətinin bariz nümunəsidir:

“Bu kimi tədbirlər bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosial yönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Nə qədər ki, Azərbaycan dövləti inkişaf edir, resursları, vəsaitləri artır, vətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq".

A.Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinin sosial siyasəti davamlı və sistemlidir: "Cənab Prezident İlham Əliyev bundan əvvəl pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi ilə bağlı sərəncamlar imzaladı. Bütün bunlar dövlət başçısının vətəndaşlara verdiyi dəyərin bir fomasıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti