...

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Siyasət Materials 13 Fevral 2019 10:13 (UTC +04:00)
Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığında bildirilir: “Qardaş Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti