...

Ekspert: Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı

Siyasət Materials 20 Fevral 2019 13:22 (UTC +04:00)
Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı.
Ekspert: Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin "Bir sıra çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" imzaladığı fərman ilk növbədə dövlət başçısının xalqı narahat edən növbəti problemin aradan qaldırılması istiqamətində atdığı mühüm sosial addımdır.

Bu fikirləri Trend-də açıqlamasında "Səs" Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

B.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin bu fərmanı aparılan ardıcıl, məqsədyönlü və inqilabi islahatların bariz göstəricisidir: "İlk növbədə, Azərbaycanda sənədsiz və qeydiyyatsız binalar qalmayacaq, eyni zamanda, mənzillərin sahibləri bir daha yerlərdə sənəd problemləri ilə üzləşməyəcəklər".

Ekspertin fikrincə, verilən bu kimi sosial yönümlü qərarlar iqtisadiyyatın inkişafının göstəricisidir ki, bu inkişaf da əhalinin sosial həyatına münbit təsir göstərir:

"Hesab edirəm ki, gələcəkdə də çoxmənzilli yaşayış binalarının istismarı sahəsində müvafiq addımlar atılacaq, xalqımız bu kimi fərmanlardan bəhrələnməyə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti