...

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik edilib

Siyasət Materials 21 Fevral 2019 15:36 (UTC +04:00)
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik edilib.
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “sədrinin müavini” sözlərindən sonra nöqtə işarəsi ləğv edilir və aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

“Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti