...

Ekspert: Prezident İlham Əliyevin son fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır

Siyasət Materials 26 Fevral 2019 17:27 (UTC +04:00)
Prezident İlham Əliyevin son fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır.
Ekspert: Prezident İlham Əliyevin son fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin son fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ilin iki ayında imzaladığı fərman və sərəncamlarına diqqət yetirsək, insan amilinə verilən dəyər, ən əsası onların sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyi daha aydın şəkildə özünü təsdiqləyəcək: "Təkmil sosial-iqtisadi islahatları ilə özünü dünyaya sosial dövlət kimi təqdim edən ölkəmizdə həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayanması beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək qiymətləndirilir, təqdir olunur. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən bu məqsədi açıqlayıb ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır”.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirə bütün dövrlər üçün aktuallığını saxlayan "İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır" tezisinin bugünkü reallıqlarımızla üst-üstə düşdüyünü bir daha təsdiqlədi: "Belə ki, dövlətimizin başçısı həmin müşavirədə bir daha vurğuladı ki, vətəndaşların sosial rifahının yaxşılaşdırılması başlıca vəzifədir. Əlavə gəlirlər ilk növbədə vətəndaşların sosial müdafiəsinə yönəldilir. Atılan addımlara söykənərək cənab İlham Əliyev bu inamı da ifadə edib ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq”.

O əlavə edib ki, hər bir sahənin uğurlu inkişafına geniş yol açan iqtisadi tərəqqinin davamlılığı göz önundədir: “Son 15 ildə neft strategiyasının məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri işsizilk və yoxsulluq səviyyəsinin 5 faizə enməsində də özünü göstərir. Özünüməşğulluq proqramının icrası, ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsi ailə təsərrüfatlarının inkişafına yol açmaqla yanaşı, onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar sırasındandır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsi kimi dəyərləndirilən, 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşən mühüm sosial-iqtisadi layihələr də ölkəmizin hərtərəfli inkişafına, əhalinin yüksək rifahına yönəlib. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müşavirədə də bu məsələyə xüsusi diqqət yönəldib”.

V.Rəhimzadə deyib ki, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanın inkişaf modeli dünyada təqdir olunur, öyrənilməsinin vacibliyi bildirilir: “Ölkəmizin 2008-ci ildə dünyada baş verən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını şərtləndirən əsas amil də məhz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasıdır: "Son illərdə neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi davamlı inkişafı təmin edən mühüm amillərdəndir. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu məqamı da xüsusi qeyd etdi.

Baş redaktor ölkəmizin hərtərəfli inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayan regional inkişaf proqramlarından da bəhs edib. Bildirib ki, üçüncü Dövlət Proqramının icrasının başa çatması, yeni, yəni dördüncü Dövlət Proqramının qəbulu qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Əsas hədəf təbii ki, Azərbaycanı yüksək gəlirli dövlətə çevirmək, inkişaf etmiş ölkələr sırasında görmək, eyni zamanda, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Qarşıdakı illərin prioritetləri sırasında işsizlik və yoxsulluq səviyyəsinin minimuma endirilməsi də əsas yer tutur, yəni sosial rifahın yüksəldilməsi həmişə olduğu kimi, qarşıdakı illərdə də əsas olacaq”.

V.Rəhimzədə 2019-cu ilin ilk ayında sosial müdafiənin gücləndirilməsinə xidmət edən addımlara, həmçinin imzalanan fərman və sərəncamlara bir daha diqqət yönəldib. Bildirib ki, minimum əmək haqqının artırılması vətəndaşlara ünvanlanan növbəti böyük sevindirici addım olub: “Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bir daha bildirib ki, minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər böyük sosial paketin tərkib hissəsidir. Statistik rəqəmlərə diqqət yetirək. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı. Hazırda 12 min 200-dən artıq şahid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata artırıldı. Bu il 6-7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək, şəhid ailələrinə 800 mənzil veriləcək. Minimum pensiyaların məbləği 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Bu gün Azərbaycan minimum pensiyaların səviyyəsinə görə MDB məkanında liderlər sırasındadır. Minimum pensiyaların artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq”.

Baş redaktor bildirib ki, ölkə Prezidenti İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı da atılan davamlı addımların tərkib hissəsidir: “Sərəncam ümumilikdə 600 minə yaxın vətəndaşa yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndrilməsi məqsədinə xidmət edir. İmzaladığı hər bir fərman və sərəncamla vətəndaşlarına böyük sevinc bəxş edən möhtərəm Prezidentimiz İlham Əliyev bu fikri də daim bildirir ki, atılan addımlar davamlı olacaq. Bir sözlə, cənab Prezidentimizin son fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti