...

Azərbaycan və Ermənistan liderləri Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər (YENİLƏNİB)

Siyasət Materials 1 Mart 2019 15:50 (UTC +04:00)
Azərbaycan və Ermənistan liderləri Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər.
Azərbaycan və Ermənistan liderləri Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər.

Trend-in məlumatına görə, bu barədə həmsədrlərin bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri fevralın 20-də Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyanla, fevralın 21-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Liderlərin yaxın zamanlarda görüşünə hazırlıq məsələləri müzakirə edilib:

“Görüş zamanı ölkə liderləri həmsədrləri yanvarda Davos Dünya İqtisadi Forumu çərçivəsində söhbətləri barədə məlumatlandırıb. Liderlər və həmsədrlər vəziyyəti müzakirə edib gələcək addımlar barədə gözləntilərini səsləndiriblər. Həmsədrlər həmçinin Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə də görüşüb”.

Sənəddə o da vurğulanır ki, həmsədrlər təmas xəttində qurbanların olmamasını müsbət qiymətləndirib. Onlar həmçinin əhalinin sülhə hazırlanmasına hazırlıq barədə müzakirələri alqışlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti