...

Prezident: Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli əlaqələr mövcuddur

Siyasət Materials 14 Mart 2019 16:16 (UTC +04:00)
Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli əlaqələr mövcuddur.
Prezident: Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli əlaqələr mövcuddur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli əlaqələr mövcuddur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Monteneqronun Prezidenti Milo Cukanoviç deyib.

M.Cukanoviç qeyd edib: "Azərbaycanla Monteneqro arasında dostluq münasibətləri mövcuddur və biz əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanların mövcud olduğunu düşünürük”.

Prezident əlavə edib ki, iki ölkə arasında turizm və enerji sektorunda münasibətlərin inkişaf etdirilməsi diqqət mərkəzindədir.

Monteneqro Prezidenti həmçinin Qlobal Bakı Forumunun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O qeyd edb ki, dünyanın hazırki və keçmiş dövlət və hökumət başçıları forumda iştirak edir və mühüm məsələləri müzakirə edirlər.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti