...

Avropa Parlamentinin Azərbaycanla bağlı iki mühüm qətnaməsi

Siyasət Materials 14 Mart 2019 17:42 (UTC +04:00)
“Avropa İttifaqına üzv ölkələrə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayyəndəsinə avropa əlehinə təbliğata strateji cavab tədbirləri” barədə mühüm qətnamə qəbul edilib.
Avropa Parlamentinin Azərbaycanla bağlı iki  mühüm qətnaməsi

Bakı. Trend:

Martın 13-də Avropa Parlamenti keçirdiyi plenar iclasında böyük səs çoxluğu ilə “Avropa İttifaqına üzv ölkələrə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayyəndəsinə avropa əlehinə təbliğata strateji cavab tədbirləri” barədə mühüm qətnamə qəbul edib.

Avropa parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə alt komitənin sədri Anna Fotuqanin müəllifi olduğu qətnamə ilə üçüncü ölkələrdən yönəlmiş dezinformasiyalara qarşı tədbirlərin görülməsi üçün Avropa İttifaqının xarici siyasət xidmətinə tövsiyyə qəbul edilmişdir. Tövsiyyədə göstərilir ki, belə dezinformasiyaların yayılması Şərq tərəfdaşlığı ölkələrinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradır.

Həmin gün plenar iclasda böyük səs çoxluğu ilə daha bir qətnamə qəbul edilmişdir. “Avropa Komissiyasına və Avropa İttifaqının xarici nümayyəndələrinin fəaliyyəti ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayyəndəsinə tövsiyyələr” haqqında qəbul edilmiş qətnamədə qeyd olunmuşdur ki, Avropa İttifaqının xüsusi nümayyəndələrinin fəaliyyət dairəsi, onların mandatı və rolu Avropa İttifaqının xarici siyasət üzrə müəyyənləşdirilmiş Qlobal strategiyasına uyğun olmalıdır. Bu strategiya Avropa İttifaqının xarici siyasətinin əsaslarını müəyyənləşdirən konsepsiya olaraq Avropa İttifaqı daxilində və ondan kənarda olan dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığı prinsiplərini Avropanın təhlükəsizliyinin əsas elementləri kimi qəbul edib.

Faktiki olaraq Avropa Parlamentinin bir plenar iclasında iki dəfə böyük səs çoxluğu ilə Şərq tərəfdaşlığı ölkələrinin o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiq olduğunu nümayiş etdirmişdir.

Bu sadəcə bir diplomatik uğur deyil. Son dörd il ərzində Avropa İttifaqının bütün institutları ( Avropa Şurası, Avropa Komissiyası, Avropa Parlamenti) müntəzəm olaraq əsas sənədlərində Şərq tərəfdaşlığı həm də Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiqliyi təsdiq etmişdir.

Avropa Parlamentinin axrıncı iki qətnaməsinin Ermənistan Prezidentinin Brüsselə səfərindən bir həftə sonra qəbul edilməsi “konyak diplomatiyasına” havadarlıq edənlərə ciddi mesajdır.

Artıq Avropa İttifaqı başa düşür ki, Azərbaycan o ölkələrdən deyil ki, hansısa bir iqtisadi yardım üçün bu İttifaqın istənilən şərtlərinə razılıq versin. Azərbaycan hazırda Avropa İttifaqının ümumi təhlükəsizlik, enerji təhlükəsizliyi və nəqliyyat layihələri üzrə əsas tərəfdaşlarından biridir.

Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdə böyük dəyişiklər müşahidə olunur. Beş yüz milyon əhalisi olan bir İttifaqla on milyon əhalisi, 28 illik müstəqillik təcrübəsi olan Azərbaycan arasında bərabər hüquqlu dialoqa əsaslanan qarşılıqlı münasibətlər formalaşmışdır. Şərq tərəfdaşlığı ölkələrinin heç biri buna nail olmamışdır.

Qeyd olunan uğurlar Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan düşünülmüş, balanslaşdırılmış siyasət nəticəsində əldə olunmuşdur. Əminliklə demək olar ki, cənab Prezidentin bu siyasəti nəticəsində bütün Azərbaycan xalqının səbirsizliklə həllini gözlədiyi Qarabağ məsələsi də öz həllini tapacaqdır.

Millət vəkili

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti